Türkiyənin bəzi vilayətlərində qar uçqunu ilə bağlı xəbərdarlıq edilib


  • 11:09

Türkiyənin bəzi vilayətlərində qar uçqunu ilə bağlı xəbərdarlıq edilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərzurum, Ərzincan, Ağrı, İğdır, Qars, Ərdahan və Tuncelidə qar örtüyü yüksək olan dik və maili yamaclar üçün uçqun xəbərdarlığı edilib.

Bildirilib ki, yüksək qar örtüyü olan dik və maili yamaclarda uçqun təhlükəsi var. Gecə və səhər saatlarında yolların buz bağlayacağı və duman gözlənilir.

Açıqlamada vətəndaşlardan da baş verə biləcək neqativ hallara qarşı diqqətli olmaları xahiş olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər