Moskvada partlayış baş verib, 4 nəfər ölüb


  • 10:52

Rusiyanın Moskva vilayətinin Vısokovo kəndi yaxınlığında təsərrüfat kompleksində partlayış baş verib.

E-huquq.az “Lenta.ru”ya istinadən xəbər verir ki, partlayışdan sonra güclü yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın istixana kompleksində baş verib . Partlayışın qaz alışması səbəbindən baş verdiyi ehtimal olunur.

Hadisə nəticəsində 4 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Yanğın 1050 kvadratmetr sahəni əhatə edib. Yanğının söndürülməsində 22 canlı qüvvə iştirak edib.

Şahidlərin sözlərinə görə, güclü partlayış səsi eşidilib. Bundan sonra istixana kompleksində 20-30 metr hündürlükdə yanğın başlayıb.

Humay Eminqızı

Oxşar xəbərlər