Argentinada daşqın nəticəsində ölənlərin sayı 16-ya çatıb


  • 10:41

Argentinada sel və daşqınlar nəticəsində ölənlərin sayı 16-ya çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Buenos-Ayres əyalət polisi məlumat yayıb.

Məlumata görə, liman şəhəri olan Bahia Blancada xeyli sayda ev və iş yerləri su altında qalıb. Bölgədə axtarış-xilasetmə işləri fasiləsiz davam edir.

Şəhərdə elektrik enerjisinin verilməsi dayandırılıb.

Təhlükəsizlik naziri Patrisiya Bullriç və müdafiə naziri Luis Petri daşqının baş verdiyi əraziyə baxış keçirib.

Bahia Blanca şəhərində təxliyə edilən əhalinin sayı 900-ü keçib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər