- 15:18
Türkiyənin İzmir şəhərində 50 qanunsuz miqrant saxlanılıb.
E-huquq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.
Məlumata görə, İzmirin Çeşme və Karaburun sahillərində iki rezin qayıqda qeyri-qanuni miqrantlar aşkar edilib.
Komandalar dayandırdıqları rezin qayıqla 22-si uşaq olmaqla 50 qanunsuz miqrantı yaxalayıb.
Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.
Şəbnəm Mehdizadə