- 15:18
ABŞ-də son gülər ərzində qızılcaya yoluxma halları xeyli artıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzi (CDC) məlumat yayıb.
Məlumata görə, ölkə daxilində aşkar edilən ümumi yoluxma sayı 222-yə çatıb.
Texas, Nyu-Meksiko , Alyaska, Kaliforniya, Florida, Corciya, Kentukki, Nyu-Cersi, Nyu York, Pensilvaniya, Rod-Aylend və Vaşinqtonda qızılcaya yoluxma halları daha çoxdur.
Texasda bir uşaq və Nyu Meksikoda isə bir orta yaşlı şəxs qızılcadan vəfat edib.
Yaxın günlərdə yoluxma sayının arta biləcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edilib.
Şəbnəm Mehdizadə