- 15:18
Yaponiyanın şimal-şərqində 12 gündür davam edən meşə yanğını nəzarət altına alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə "Kyodo News" məlumat yayıb.
Yerli hakimiyyət orqanları yanğının daha da genişlənməsi riskinin olmadığını bildirib.
Hazırda alovun tamamilə söndürülməsi üçün işləri davam etdirilir.
Meşə yanğını təxminən 2900 hektar ərazi yanaraq külə dönüb. Məlumata görə, yanğın zamanı ən azı 210 tikiliyə ziyan dəyib.
Yanğın səbəbindən 4300-dən çox insan təxliyə edilib. Onların bir qismi təxliyə mərkəzlərinə, digərləri isə yaxınlarının evlərinə və ya digər sığınacaqlarda yerləşdirilib.
Şəbnəm Mehdizadə