- 18:15
Qazaxıstan Parlamentinin keçmiş spikerinin qardaşı Argın Niqmatulin başqasının əmlakını mənimsəməkdə şübhəli bilinir.
E-huquq.az xəbər verir ki, bu barədə respublikanın Baş Prokurorluğu məlumat yayıb.
A.Niqmatulin və digər şəxslər barəsində “əmanət edilmiş əmlakı külli miqdarda mənimsəmə və ya israf etməklə” bağlı araşdırma aparılır.
Eks-spikerin qardaşını əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilə qədər həbs gözləyir.
Xatırladaq ki, Argın Niqmatulin 2006-2018-ci illərdə "Sarıarka" xokkey klubunun direktoru və Qaraqanda vilayətinin yerli nümayəndəlik rəhbərinin müavini olub.