Xamenei Trampın danışıqlar təklifinə cavab verdi


  • 8 Mart 19:22

Tramp öz tələblərini irəli sürməyə çalışır, lakin İran bunu qəbul etməyəcək.

E-huquq.az xəbər verir ki, bunu İranın Ali Rəhbəri Seyid Əli Xamenei ABŞ Prezidenti Donald Trampın danışıqlar çağırışına cavabında deyib.

“İran şübhəsiz ki, onların tələblərini qəbul etməyəcək”, - Xamenei qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Xameneiyə məktub göndərərək İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün danışıqlara çağırdığını, hərbi əməliyyatdansa diplomatiyaya üstünlük verdiyini bildirib.

Oxşar xəbərlər