- 8 Mart 22:31
"Fransa liderinin açıqlamaları Parisin müharibəni davam etdirməkdə həvəsli olduğu təəssüratı yaradır".
E-huquq.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Fransa Prezidenti Emmanuel Makronun dünənki xalqa müraciətini oxusanız, Fransanın həqiqətən də müharibənin davamını istədiyini hiss edirəriniz", - Peskov qeyd edib.
"Üstəlik, Fransa artıq nüvə silahından təhlükəsizlik məqsədləri üçün istifadə etməyə hazırdır və s. Bu, artıq nüvə ritorikasıdır, bu, Avropada nüvə liderliyinə iddiadır. Yəni, bu, çoxqarşıdurmadır", - o vurğulayıb.
Humay Eminqızı