Aİ Komissiyasının sədri: "Avropa açıq bir təhlükə ilə üz-üzədir"


  • 6 Mart 16:53

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula Fon der Lyayen Avropanın "açıq bir təhlükə ilə üz-üzə qaldığı" barədə xəbərdarlıq edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Ursula Fon der Lyayen bu barədə üzv olduğu Avropa Xalq Partiyasının növbədənkənar Aİ Liderlər Zirvəsi öncəsi iclasının girişində çıxış edib.

"Avropanı özünü müdafiə edə biləcək bir vəziyyətə gətirməliyik", - deyə o bildirib.

Ursula Fon der Lyayen Ukraynanı özünü qoruya biləcək bir vəziyyətə gətirməyin, ədalətli və davamlı sülhün təmin edilməsinin vacibliyini vurğulayaraq, bu məqsədlərə Avropanın müdafiə xərclərini artıraraq bölgəni yenidən silahlandırmaq məqsədi daşıyan “ReArm” adlı yeni planı liderlərə təqdim edəcəyini açıqlayıb.

Yeni planın 800 milyard avro dəyərində olduğunu bildirən Ursula Fon der Lyayen planın məzmunu ilə bağlı bunları qeyd edib:

"Bu, üzv dövlətləri hərbi xərclər üçün daha çox maliyyə vəsaiti ilə təmin edir və Avropa səviyyəsində birgə satınalmalara imkan verir. Çox önəmli məqam odur ki, bu, Ukraynaya da fayda verə bilər, çünki bu plan sayəsində üzv dövlətlər Ukraynanın müdafiə sənayesinə sərmayə qoya və ya hərbi imkanlar əldə edib Ukraynaya verə bilər".

Humay Eminqızı

Oxşar xəbərlər