İnsan bədəni sosial mediadan istifadəyə necə reaksiya verir?


  • 6 Mart 13:13

Alimlər bədənimizin sosial mediadan istifadə zamanı necə reaksiya verdiyini araşdırıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırma zamanı 54 gəncdən gündəlik həyatlarında olduğu kimi 15 dəqiqə ərzində İnstaqrama baxmaq istənilib. Həmin müddətdə onların sinəsinə və barmaqlarına elektrodlar taxılıb, ürək döyüntüləri və tərləmə səviyyələri ölçülüb. Bundan əlavə, iştirakçılar "Instagram”a daxil olmazdan əvvəl məqalə oxumaqları üçün şərait yaradılıb.

Tədqiqatın nəticəsi göstərib ki, "Instagram"da vaxt keçirərkən insanın ürək döyüntüləri əhəmiyyətli dərəcədə yavaşlayır, eyni zamanda tərləmə sürəti artır."Instagram"dan çıxdıqdan sonra insanların tərləmə səviyyəsi artıb və ürək döyüntüləri sürətlənib. Bu da iştirakçıların sosial mediadan çıxdıqdan sonra daha çox stress və həyəcan yaşadıqlarını ortaya qoyur.Tədqiqatçılar bu fiziki reaksiyaların sosial media asılılığı ilə əlaqəli ola biləcəyini söyləyib.

Tədqiqatçilar sosial mediadan istifadənin fərdlərin gündəlik həyatına mənfi təsir göstərə biləcəyini, hətta iş və ya məktəb həyatında durğunluğa səbəb ola biləcəyini vurğulayırlar. Bununla belə, araşdırmalar sosial medianın əslində insanların əsas ehtiyaclarını, xüsusən də aid olmaq və bəyənilmək ehtiyacını qarşıladığını göstərir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər