- 8 Mart 22:31
Avstraliyada bir nəfər silahla təyyarəyə minməyə cəhd edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Avstraliyanın Melburn şəhəri yaxınlığındakı Avalon hava limanında özünü texniki qulluqçu kimi təqdim edən şəxs iri silahla təyyarəyə minməyə cəhd edib.
Şübhəli polis tərəfindən saxlanılıb.
Şübhəli saxlanıldıqdan sonra sərnişinlər təyyarədən təxliyyə edilib.
Hadisədən sonra hava limanı təhlükəsizlik səbəbilə qeyri-müəyyən müddətə bağlanıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Avalon Hava Limanının baş direktoru Ari Suss hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildirib.
Şəbnəm Mehdizadə