- 8 Mart 22:31
Cənubi Koreya qırıcıları hərbi təlim zamanı təsadüfən mülki əraziyə 8 bomba atıb.
E-huquq.az xarici "Unian"a istinadən xəbər verir ki, partlayış Şimali Koreya sərhəddi yaxınlığında yerləşən Pxoçxon şəhərində baş verib.
Hərbi Hava Qüvvələrindən verilən məlumata əsasən, KF-16 qırıcıları tərəfindən atılan bombalar sınaq meydançasından kənara düşüb.
Nəticədə 15 nəfər yaralanıb.
Rəsmilər bildirib ki, hadisə pilotun koordinatları səhv daxil etməsi nəticəsində baş verib.
Hadisənin səbəblərini araşdırmaq və mülki əhaliyə dəymiş ziyanın həcmini qiymətləndirmək üçün xüsusi komissiya yaradılacaq.
Humay Eminqızı