- 8 Mart 22:31
Ukrayna prezidenti Vladimir Zelenski Avropa İttifaqı liderlərinin qeyri-rəsmi sammitində iştirak edəcək.
E-huquq.az "Unian"a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Sergey Nikiforov məlumat verib.
Sözügedən görüş bugün Belçikanın paytaxtı Brüsseldə baş tutacaq.
Sammit çərçivəsində Zelenskinin bir sıra ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.
Dövlət başçısının Avropa İttifaqı Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə görüşü nəzərdə tutulub.
Humay Eminqızı