Alimlər COVID-19 variantlarına qarşı yeni müalicə üsulu kəşf edib


  • 6 Mart 11:09

Stanford Universitetinin tədqiqatçıları COVID-19 variantlarına qarşı ikili antikor müalicəsi hazırlayıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu kəşf daha uzunmüddətli müalicələrə yol aça bilər.

İndiyə qədər COVID-19-a səbəb olan virus daim mutasiyaya uğrayaraq bir çox antikor müalicəsini səmərəsiz edirdi. Tədqiqat qrupu virusun uzunmüddətli müalicələr hazırlamaq üçün iki antikorun birləşməsindən istifadə etməyin üsulunu kəşf edib.

Müalicə zamanı bir antikor virusun sabit bir hissəsinə bağlanır, digər antikor isə infeksiyanın qarşısını alır.

Yeni yanaşma koronavirusun bütün variantlarını zərərsizləşdirdiyi məlum olub.

Bu üsuldan digər koronaviruslar, həmçinin qrip və HİV kimi xəstəliklərlə mübarizə üçün də istifadə edilə bilər.

"Biz virusa qarşı yeni nəsil müalicələr hazırlamışıq ki, bu da SARS-CoV-2-yə yoluxmuş insanlar üçün gələcək illərdə üçün faydalı ola bilər", - deyə tədqiqatın baş müəllifi Kristofer Barnes bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər