- 8 Mart 22:31
Alimlər aspirinin bəzi xərçəng növlərinin yayılmasının qarşısını ala biləcəyinə dair mühüm tapıntılar əldə ediblər.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçılar aspirin immunitet sistemini gücləndirərək, xərçəng hüceyrələrini daha effektiv aşkar edərək məhv etməyə imkan verdiyini aşkarlayıb.
Kembric Universitetinin rəhbərlik etdiyi tədqiqatda aspirinin xərçəngin müalicəsində istifadə oluna biləcəyinə dair ümidverici nəticələr təqdim edib.
Araşdırmada xərçəngin bədəndə yayılmasına təsir edən 810 fərqli gen araşdırılıb.
15 genin metastazda həlledici rol oynadığı müəyyən edilib.
Tədqiqatçılar, aspirinin immun sisteminin metastatik xərçəng hüceyrələrinə hücum etməsinə imkan verdiyini aşkar edib.
Həmçinin aspirin verilən siçanlarda xərçəngin yayılma tezliyinin azaldığı müşahidə edilib.
Araşdırmanı aparan professor Rahul Roychoudhuri yeni araşdırmanın xəstələrdə xərçəngin təkrarlanmasının qarşısını almaqda böyük potensiala sahib olduğunu düşündüyünü söyləyib.
Şəbnəm Mehdizadə