- 8 Mart 22:31
ABŞ-nin Florida ştatında qəribə oğurluq hadisəsi baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ştatın Orlando şəhərində 32 yaşlı Jaythan Gilder adlı şəxs zərgərlik məhsullarının satıldığı məşhur mağazada özünü peşəkar idmançılardan birinin nümayəndəsi təqdim edib.
Daha sonra o, 769.500 dollar dəyərində iki cüt sırğa və brilyant üzük oğurlayaraq mağazadan qaçıb.
O, qaçarkən üzüyü yerə atıb. Lakin qızıl sırğaları isə udub.
Polis tərəfindən saxlanılan şəxsin rentgen müayinəsi zamanı sırğaları udduğu müəyyən edilib.
Onun 2022-ci ildə mağazanın Texasdakı filialından da oğurluq etdiyi məlum olub.
Şəbnəm Mehdizadə