- 8 Mart 22:31
ABŞ-nin Kaliforniya ştatında 25 min dollar dəyərində lego dəsti oğurlanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı Michael Ivory Fletcherin ötən ilin avqustundan bəri bir neçə mağazalardan lego dəstləri oğurlamaqda günahlandırılır.
O, hər dəfə təkbaşına mağazalara daxil olaraq məhsulları səbətə dolduraraq mağazadan sürətlə uzaqlaşıb.
Oğurladığı məhsulları əlillər üçün dayanacaqda saxladığı avtomobilə yükləyən Fletcherin ən azı 7 dəfə bu üsuldan istifadə etdiyi müəyyən edilib.
Onun Contra Costa, Solano, Alameda, San Joaquin, Sonoma və Santa Clara da daxil olmaqla bir sıra əyalətlərdə oğurluq etdiyi düşünülür.
Saxlanılan şəxs 9 il 4 ay həbs cəzası ala bilər.
Şəbnəm Mehdizadə