ABŞ-də bu şəxslərə yeni viza məhdudiyyətləri tətbiq ediləcək


  • 6 Mart 10:24

ABŞ-də yeni viza məhdudiyyəti tətbiq olunacaq.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibi Marko Rubio məlumat verib.

Rubio ölkə sərhədlərinin təhlükəsizliyinin təmin olunmasının ABŞ üçün çox vacib olduğunu bildirib.

O, ABŞ-a qeyri-qanuni yollarla daxil olmağa çalışanlara qarşı bir sıra lazımi tədbirlər görəcəyini bildirib.

Dövlət katibi bildirib ki, ABŞ-a qanunsuz miqrasiyanı bilərəkdən asanlaşdırmaqda şübhəli bilinən dövlət rəsmilərinə və digər şəxslərə yeni viza məhdudiyyəti tətbiq olunacaq.

"ABŞ milli təhlükəsizlik maraqlarını müdafiə etməkdə geri addım atmayacaq", -deyə o qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər