İstanbulda ağır yol qəzası: ölən və yaralanan var


  • 6 Mart 10:19

Türkiyənin İstanbul şəhərində 2 yük maşını toqquşub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza İstanbulun Tuzla səmtində qeydə alınıb.

Bölgəyə xilasetmə, jandarma və tibb qrupları cəlb edilib.

Sürücülərdən biri hadisə yerində həyatını itirib.

Xəsarət alan digər sürücü isə xəstəxanaya çatdırılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər