- 8 Mart 22:31
Türkiyənin Bursa şəhərində fərdi yaşayış evində yanğın baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursanın Osmanqazi rayonunda yerləşən birmərtəbəli taxta evdə naməlum səbəbdən yanğın başlayıb.
Hadisə yerinə jandarma, xilasetmə və təcili yardım qrupları cəlb edilib.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Evdə tək yaşadığı məlum olan fiziki məhdudiyyətli qadın hadisə nəticəsində ölüb.
Yanğınla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə