- 8 Mart 22:31
Türkiyənin Sinop şəhərində torpaq sürüşməsi baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sinopun Türkeli rayonunda baş verən sürüşmə nəticəsində 3 ev uçub.
Hadisə zamanı 2 nəfər dağıntılar altında qalıb.
Əraziyə AFAD qrupları, xilasedicilər və jandarma qrupları cəlb edilib.
Hadisə yerinə baxış keçirən Sinop valisi Mustafa Özarslan bildirib ki, xilasetmə işlərinin davam etdiyini bildirib.
Təxminən 3 saat çalışdıqdan sonra dağıntılar altında qalan şəxslər xilas edilib.
Torpaq sürüşməsi nəticəsində yaralanan 4 nəfər təcili yardım maşınları ilə ətraf xəstəxanalara aparılıb.
Şəbnəm Mehdizadə