- 20:13
İranın müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
E-huquq.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, görüşdə ikitərəfli münasibətlər müzakirə edilib.
Türkiyə XİN-in sözçüsü Öncü Keçeli bəzi İran rəsmilərinin Türkiyəyə qarşı irəli sürdüyü iddiaların da görüş zamanı gündəmə gətirildiyini bildirib.