- 17:18
Avstraliyalı alimlərin araşdırmasına görə dünyanın ən güclü okean axını olan Antarktika Dairəvi Cərəyanı (ACC) 2050-ci ilə qədər 20 faiz yavaşlaya bilər.
E-huquq.az xəbər verir ki, bu, Antarktida buz örtüyünün daha sürətli əriməsinə və dəniz səviyyəsinin yüksəlməsinə səbəb ola bilər.
Atlantik, Sakit okean və Hind okeanlarını birləşdirən Antarktika Dairəvi Cərəyanı (ACC) kimi tanınan bu cərəyan dünya iqlim sistemində mühüm rol oynayır.
Environmental Research Letters jurnalında dərc edilən araşdırmada bu prosesin qlobal iqlim modellərinə, okean istiliyinin paylanmasına və dəniz ekosistemlərinə geniş təsir göstərə biləcəyi qeyd edilib.
Melburn Universitetindən Dos. Dr. Bishakhdatta Gayen Antarktidada buzların əriməsinin soyuq və şirin suyun okeana buraxılmasına səbəb olduğunu söyləyib. Bu su ekvatora doğru yayıldıqca okeanda sıxlıq tarazlığını dəyişir və axının yavaşlamasına səbəb olur. Gayen bildirib ki, əgər bu okeanın "mühərriki" sıradan çıxsa, biz daha çox iqlim dəyişkənliyi və ekstremal hava hadisələri ilə üzləşə bilərik. Bundan əlavə, okeanın karbon udma qabiliyyəti azalacağından qlobal istiləşmə sürətlənə bilər.
Araşdırmaya görə, okean axınlarının yavaşlaması daha çox isti suyun Antarktika sahillərinə çatmasına və buzların əriməsini daha da sürətləndirəcək. Həmçinin bu, okean ekosistemlərini poza bilər və invaziv növlərin Antarktidaya çatmasına imkan verə bilər.
Şəbnəm Mehdizadə