- 17:18
Alimlərin yeni araşdırmasına görə, su Böyük Partlayışdan 200 milyon il sonra əmələ gəlib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Portsmut Universitetindən kosmoloq Daniel Whalen və komandası bu barədə yeni tədqiqat aparıb.
Araşdırmalara görə, suyun əmələ gəlməsi üçün lazımi şərait kainatın yaranmasından 100 milyon il sonra mövcud olub. Böyük Partlayışdan sonra hidrogen, helium və litium qazlarının birləşərək ilk ulduzları meydana gətirdiyi və bu ulduzların partlamaları ilə oksigen kimi ağır elementlərin kainata yayıldığı müəyyən edilib.
Tədqiqatçılar ilk kainatda Günəşdən 13 dəfə və 200 dəfə böyük olan iki ulduzun partlamasını simulyasiya edib. Virtual partlayışların ilk saniyələrində ulduz qazlarının oksigenə çevrilə biləcək qədər yüksək temperatur və təzyiq olduğu müşahidə edilib.
Partlayışdan sonra yayılan qazlar 1630 işıq ili genişliyinə yayılıb.
Tədqiqatçılar düşünürlər ki, partlayışlardan geriyə qalan sıx metal tərkibli qalıqlar yeni ulduzların və planetlərin əmələ gəlməsində vacib rol oynayıb.
Şəbnəm Mehdizadə