- 15:51
Alimlər bəzi xərçəng növlərinin və dağınıq skleroz (MS) kimi sinir hüceyrələrinə zərər verən xəstəliklərin inkişafını dayandıra bilən təbii birləşmə kəşf ediblər.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bitkilərdən əldə edilən bu maddə laboratoriya testlərində mühüm bir fermenti təsirsiz hala salıb.
Hazırda onun müalicəvi təsirləri araşdırılır.
Oreqon Sağlamlıq və Elm Universiteti (OHSU) tərəfindən aparılan bu araşdırma zamanı əldə edilən maddənin terapevtik təsirini, təhlükəsizliyini və mümkün əks təsirlərini araşdırmaq üçün heyvanlar üzərində sınaqdan keçirilməsi planlaşdırılır.
Şəbnəm Mehdizadə