- 16:10
Türkiyənin Şanlıurfa şəhərində ağır yol qəzasında 4 nəfər ölüb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şanlıurfa-Qaziantep avtomobil yolunda, 2 avtomobil toqquşub.
Hadisə yerinə polis və tibb qrupları sövq edilib.
Hər iki avtomobildə olan sürücü və sərnişinlər hadisə yerində həyatını itirib.
Şanlıurfa valisi Həsən Şıldak ölənlərin yaxınlarına başsağlığı verib.
Şəbnəm Mehdizadə