Türkiyədə 32 qanunsuz miqrant saxlanılıb


  • 12:44

Türkiyənin Balıkesir şəhərində 32 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Balıkesir Şəhər Jandarma Komandanlığna bir qrup şəxsin qeyri-qanuni yollarla Yunanıstanın Midilli adasına keçəcəyi barədə məlumat daxil olub.

Sahil Mühafizə Komandanlığının qrupları Ayvalık sahillərində əməliyyat keçirib.

Sahil Mühafizəsinin “KB-20” gəmisi ilə bölgəyə gedən qruplar 32 qeyri-qanuni miqrantı yaxalayıb.

Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər