Güclü qara görə sabah bu bölgələrdə dərs olmayacaq


  • 12:36

Türkiyənin 4 vilayətində güclü qara görə tədris prosesinə fasilə verilib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bəzi vilayətlərdə güclü qar yağıb, havanın temperaturu kəskin aşağı enib.

Əksər yollar buz bağlayıb, nəqliyyatın və piyadaların hərəkəti çətinləşib.

Bingöl, Gümüşhane, Tunceli və Bayburt vilayətlərində məktəblər bir günlük bağlanıb.

Həmçinin dövlət müəssisələrində işləyən hamilə qadınlar, əlillər, övladları uşaq bağçasına gedən analara da 1 günlük güzəşt edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər