- 15:51
Boliviyada sərnişin avtobusunun mikroavtobusla toqquşması nəticəsində 25 nəfər ölüb, 26 nəfər yaralanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Oruro şəhərindən hərəkət edən sərnişin avtobusu Potosi və Oruro bölgələrini birləşdirən magistral yolda mikroavtobusla toqquşub.
Qəzada 25 nəfər həyatını itirdiyini, 26 nəfər isə ağır yaralanıb.
Regional Polis Komandanlığının sözçüsü Limberth Choque qəzanın səbəbləri ilə bağlı genişmiqyaslı araşdırmaya başlanıldığını açıqlayıb.
Bölgədə axtarış-xilasetmə işləri davam edir.
Şəbnəm Mehdizadə