Türkiyənin 11 vilayətində antiterror əməliyyatı keçirilib, saxlanılanlar var


  • 12:20

Türkiyənin 11 vilayətində DHKP-C terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir Şəhər Prokurorluğu tərəfindən terrorun maliyyələşdirilməsinin qarşısının alınması istiqamətində aparılan araşdırmalar çərçivəsində DHKP-C terror təşkilatına üzv olmaqda şübhəli bilinən 35 nəfər barəsində həbs qərarı çıxarılıb.

Şübhəlilərin tutulması üçün 11 vilayətdə eyni vaxtda əməliyyat təşkil edilib.

Əməliyyat zamanı 30 nəfər saxlanılıb. Saxlanılanlar arasında dövlət qulluqçularının da olduğu bildirilib.

Şübhəlilərin təşkil etdikləri tədbirlərdən əldə etdikləri pulları təşkilat hesablarına köçürdükləri müəyyən edilib.

Digər 5 şübhəlinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər