Ekvadorda daşqın nəticəsində 2 nəfər ölüb, 81 nəfər yaralanıb


  • 12:12

Ekvadorun cənubunda baş verən daşqın nəticəsində 2 nəfər ölüb, 81 nəfər yaralanıb.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, El Oro vilayətinin Pinas qəsəbəsində yağan güclü yağışlar insan itkisinə və böyük dağıntılara səbəb olub.

San Roque çayının daşması nəticəsində çox sayda ev və iş yeri su altında qalıb.

Mülki müdafiə qruplarının axtarış-xilasetmə işləri davam edir.

Rayonda 19 ev tamamilə dağılıb, 85 ev, 23 ictimai bina, səhiyyə ocağına və körpüyə ziyan dəyib.

Ekvador prezidenti Daniel Noboa təbii fəlakətin baş verdiyi Pinas şəhərinə səfər edib, vətəndaşlarla görüşüb.

Qeyd edək ki, ölkədə ilin əvvəlindən bu yana davam edən leysan yağışlar nəticəsində 14 nəfər həyatını itirib, 73 min insan yağışlardan zərər çəkib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər