- 13:08
"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsinin “Uşaqlarda Kistoz Fibroz genetik xəstəliyi ilə mübarizə tədbirləri çərçivəsində dərman vasitələri”nin satın alınması (2025-ci il üzrə) ilə bağlı elan etdiyi tenderə yekun vurulub.
E-huquq.az xəbər verir ki, tenderin qalibi "Zeytun Pharmaceuticals" MMC olub.
Məlumata görə, qalib şirkətə 592.461,83 manat vəsait ödəniləcək.
Şəbnəm Mehdizadə