Almaniyada avtomobil izdihamın üzərinə sürülüb, ölən və yaralananlar var


  • 3 Mart 16:56

Almaniyanın Mannheim şəhərində avtomobil izdihamın üzərinə sürülüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Polis bölgədə əməliyyata başlayıb.

Hadisə bir çox şəhərlərdə, o cümlədən Almaniyanın Reynland bölgəsində keçirilən karnaval tədbirləri zamanı baş verib.

"Mannheim24" xəbər saytının məlumatına görə, qara yolsuzluq avtomobili yüksək sürətlə hərəkət edərək şəhərin mərkəzindəki Paradeplatz meydanından şəhərin məşhur su qülləsinə doğru hərəkət edərkən insanları vurub.

Xəbərdə ağır yaralıların olduğu bildirilib.

Hadisədə başqa şübhəlilərin olub-olmadığı hələlik məlum deyil.

Hadisə şahidləri hadisədən sonra yerdə uzananların olduğunu və iki nəfərə tibbi yardım göstərildiyini bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər