Sərnişin avtobusu qəzaya uğrayıb: 16 nəfər yaralanıb


  • 3 Mart 15:16

Türkiyənin Ankara şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankaranın Gölbaşı səmtində sərnişin avtobusu idarəetmədən çıxaraq yol kənarındakı beton maneələrə çırpılıb.

Qəza nəticəsində 16 nəfər xəsarət alıb.

Hadisə yerinə tibb və polis qrupları göndərilib.

Avtobusda 32 nəfərin olduğu müəyyən edilib.

Yaralılardan 5-nin vəziyyətinin ağır olduğu bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər