- 12:59
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) paytaxt Moskvada terror aktının qarşısını alıb.
E-huquq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumat FTX-nin mətbuat xidməti yaydığı bəyanatda yer alır.
Terror hadisəsini törətməyə çalışan şəxsin Orta Asiya əsilli Rusiya vətəndaşı olduğu məlum olub.
Sözügedən şəxsin Moskvada sinaqoq və metro stansiyasında terror aktı törətməyi planlaşdırdığı qeyd olunub.
"Terrorçu hücumlardan sonra Əfqanıstana getməyi planlaşdırırdı. Bu şəxs Moskva bölgəsində saxlanılarkən təhlükəsizlik qüvvələrinə müqavimət göstərib və zərərsizləşdirilib" – deyə bəyanatda bildirilib.
Həmin şəxsin yaşadığı evdə aparılan axtarış zamanı silah və partlayıcı qurğuların istehsalında istifadə olunan kimyəvi materiallar aşkar edilib.
Şəbnəm Mehdizadə