- 13:08
Avstraliyada təyyarə Sidney hava limanına məcburi eniş edib.
E-huquq.az “ABC News”a istinadən xəbər verir ki, Qantas aviaşirkətinə məxsus təyyarə Sidney-Perth reysi üçün Sidney hava limanından qalxdıqdan qısa müddət sonra kabinədə tüstü aşkarlanıb.
Buna görə də təyyarə təcili eniş etməli olub.
Aviaşirkətin sözçüsü təyyarənin təhlükəsiz eniş etdiyini bildirib.
Şirkət məsələ ilə bağlı araşdırma aparılacağını da açıqlayıb.
Şəbnəm Mehdizadə