Smartfondan istifadə alkoqol kimi asılılıq yarada bilir


  • 3 Mart 14:26

Almaniyalı alimlər smartfondan istifadə ilə bağlı yeni tədqiqat aparıblar.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın Heydelberq və Köln universitetlərinin alimlərinin apardığı araşdırmada 18-30 yaş arasında olan 25 nəfərin 72 saat ərzində smartfon istifadəsi minimuma endirilib.

Alimlər iştirakçıların beyin fəaliyyətini qiymətləndirmək üçün maqnit rezonans görüntüləmə (MRT) və psixoloji testlər aparıblar. Tədqiqat nəticəsində məlum olub ki, smartfonlar beynin bəzi mexanizmlərinə ciddi təsir göstərir.

Tədqiqatın nəticəsi telefondan istifadənin tütün və ya spirtli içki kimi maddələrə bənzər bir asılılıq yarada biləcəyini göstərir.

Beyində dopamin və serotonin sistemləri ilə bağlı dəyişikliklər müşahidə olunub. Bu iki kimyəvi maddə kompulsiv davranışlar və asılılığa səbəb olan elementlər sırasındadır.

Psixoloji testlər nəticəsində iştirakçıların əhval-ruhiyyəsində ciddi dəyişiklik aşkar edilməyib. Lakin bəzi iştirakçıların telefon məhdudiyyətindən sonra əhval-ruhiyyələrində yaxşılaşma hiss edilib.

Humay Eminqızı

Oxşar xəbərlər