Filippində isti havaya görə məktəblər bağlandı


  • 3 Mart 13:40

Filippində isti hava şəraiti ilə əlaqədar olaraq tədris prosesi dayandırılıb.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, havanın temperaturunun kəskin artması ilə əlaqədar paytaxt Manila, Las Pinas, Paranaque və Marikina şəhərlərində məktəblər bağlanıb.

Manilanın meri Honey Lacuna bildirib ki, aidiyyatı qurumların tövsiyəsi əsasında bu barədə qərar qəbul edilib.

O, havanın temperaturunun 42 dərəcəyə çatacağını bildirib.

Filippin Səhiyyə Nazirliyi əhaliyə günorta saatlarında çölə çıxmamaq və bol maye qəbul etməklə bağlı xəbərdarlıq edib.

Humay Eminqızı

Oxşar xəbərlər