Türkiyədə binada yanğın baş verib, 10 nəfər tüstüdən zəhərlənib


  • 3 Mart 12:41

Türkiyənin Adıyaman şəhərində yaşayış binasında yanğın baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adıyamanın Besni rayonunda ikimərtəbəli binada naməlum səbəbdən yanğın başlayıb.

Bölgəyə xilasetmə və polis qrupları cəlb edilib.

Binada yaşayan sakinlər yanğınsöndürənlər tərəfindən xilas edilib.

Tüstüdən zəhərlənən 10 sakin Besni Dövlət Xəstəxanasına aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər