Sərnişin avtobusu ilə yük maşını toqquşub, yaralılar var


  • 3 Mart 12:22

Türkiyənin Bilecik şəhərində sərnişin avtobusu ilə yük maşını toqquşub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bilecikin Bozüyük rayonunda yük maşınının sərnişin avtobusunu arxadan vurması nəticəsində 11 nəfər yaralanıb.

Bölgəyə jandarma, polis və təcili yardım qrupları cəlb edilib.

Yaralılar sağlamlıq qrupları tərəfindən ətrafdakı xəstəxanalara aparılıb.

Qəzadan sonra Bozüyük-Eskişehir avtomobil yolu nəqliyyatın hərəkətinə bağlanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər