- 13:08
Türkiyənin Çorum şəhərində 3 mərtəbəli yaşayış binasında güclü yanğın hadisəsi baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Çorumun Gülabibəy rayonunda yerləşən yaşayış binasının zirzəmisində naməlum səbəbdən yanğın başlayıb.
Əraziyə polis, xilasetmə və sağlamlıq qrupları cəlb edilib.
Binada köməksiz vəziyyətdə qalan və tüstüdən zəhərlənən 10 nəfər yanğınsöndürmə və polis qrupları tərəfindən xilas edilib.
Zərərçəkmişlər Həsən Paşa Dövlət Xəstəxanasına aparılıb.
Yanğın zamanı binaya ciddi ziyan dəyib.
Şəbnəm Mehdizadə