Məsciddə namaz qılan 16 nəfər dəm qazından zəhərlənib


  • 3 Mart 12:09

Türkiyənin paytaxtı Ankara şəhərində məsciddə 16 nəfər dəm qazından zəhərlənib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankaranın Keçiören mahalında yerləşən məsciddə namazı qılan bəzi şəxslərin halı pisləşib.

Hadisə yerinə təcili yardım, xilasetmə, polis və AFAD qrupları cəlb edilib.

Dəm qazından zəhərlənən 16 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər