- 12:59
Türkiyənin Muğla şəhərində motorlu yaxtada yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Muğlanın Bodrum rayonunda motorlu yaxtada naməlum səbəbdən yanğın başlayıb.
Əraziyə xilasetmə qrupları, Sahil Təhlükəsizlik İdarəsinin əməkdaşları cəlb edilib.
Ehtiyat tədbiri kimi digər yaxtalar ərazidən uzaqlaşdırılıb.
Yanğın nəticəsində motorlu yaxta yararsız hala düşüb.
Şəbnəm Mehdizadə