- 19:01
Türkiyədə 82 miqrant qaçaqmalçısı saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Jandarma Komandanlığı son 2 həftə ərzində ölkə daxilində əməliyyatlar keçirib.
Əməliyyatlar zamanı 63 nəqliyyat vasitəsi, 2 qayıq ələ keçirilib.
Saxlanılan şəxslərdən 52-i həbs edilib. 30 nəfər isə şərti azadlığa buraxılıb.
Saxlanılan qanunsuz miqrantlat isə Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə