- 19:01
Pakistanda məsciddə güclü partlayış olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Pakistanın Hayber Paxtunxva əyalətində məsciddə cümə namazı zamanı baş verən terakt nəticəsində 5 nəfər ölüb, 23 nəfər yaralanıb.
Partlayışın kamikadze tərəfindən törədildiyi güman edilir.
Hadisə ilə bağlı araşdırma davam edir.
Humay Eminqızı