Torpaq üstündə silahlı insident: 2 nəfər ölüb, 2 nəfər yaralanıb


  • 26 Fevral 18:04

Türkiyənin Şanlıurfa şəhərində qonşular arasında silahlı insident baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Haliliye mahalında baş verib.

Torpaq mübahisəsi zəminində başlayan mübahisə zamanı tərəflər bir-birinə silahla atəş açıb.

Hadisə zamanı 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Yaralılar Şanlıurfadakı xəstəxanalara aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər