- 26 Fevral 23:58
Türkiyədə saxta spirtli içkidən ölənlərin sayı 152 nəfərə çatıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, faktlarla bağlı ölkənin Daxili İşlər Nazirliyi 780 əməliyyat keçirib.
Əməliyyat nəticəsində 983 nəfər saxlanılıb. Şübhəlilərdən 50-si həbs edilib, 75-i haqqında məhkəmə nəzarəti qərarları qəbul edilib.
Axtarışlar zamanı 445 min 16 litr saxta spirtli içki ələ keçirilib.
Humay Eminqızı