Türkiyənin 10 vilayətində məktəblər bağlanıb


  • 26 Fevral 15:23

Türkiyənin 10 vilayətində məktəblər bağlanıb.

E-huquq.az Türkiyə mətbuata istinadən xəbər verir ki, Bartın, Giresun, Ordu, Kastamonu, Samsun, Artvin, Rize, Trabzon, Iğdır, Sinop vilayətində kəskin hava şəraiti davam edir.

Yağan güclü qar yolların buz bağlamasına səbəb olub.

Meterologiya İdarəsinin məlumatına görə, bu gecə və sabah güclü şxata buzlanma olacağı gözlənilir.

Nəqliyyat vasitələrinin, avtobusların hərəkətində də müəyyən fasilələr yaranacaq.

Sözügedən vilayətlərdə tədris prosesinə bir günlük fasilə verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər