- 26 Fevral 23:58
Türkiyənin Bursa şəhərində sənaye tullantılarının toplanması mərkəzində yanğın hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, Bursanın İnegöl rayonunda yerləşən mərkəzdə hələ naməlum səbəbdən yanğın başlayıb.
Yanğın qısa zaman ərzində böyüyüb.
Əraziyə polis və xilasetmə qrupları cəlb edilib.
Yanğınsöndürənlər bir müddət sonra yanğını söndürə bilib.
Komandaların bölgədə soyutma işləri davam edir.
Şəbnəm Mehdizadə